Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Təmizlik ayı” çərçivəsində rayonda təmizlik və abadlıq işləri uğurla həyata keçirilməkdədir

05 aprel 2022 | 16:00

Ətraf mühitin məişət tullantıları ilə çirklənməsinin qarşısının alınması, çirklənmiş ərazilərin təmizlənməsi və rayon üzrə məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi məqsədi ilə  rayon İcra Hakimiyyəti başçısının 28 mart 2022-ci il tarixli 17 saylı sərəncamı ilə  2022-ci ilin aprel ayı rayonda “Təmizlik ayı” elan edilmişdir.
       “Təmizlik ayı”nda tədbirlərin mütəşəkkil olaraq keçirilməsi üçün rayon komissiyası yaradılmışdır. Komissiya tərəfindən rayon ərazisində təmizlik aparılacaq ərazilər və buna uyğun görüləcək işlər müəyyən edilərək icrasına başlanılmışdır.
        Belə ki, magistral avtomobil yollarının və kənd daxili yolların kənarlarının koldan və məişət tullantılarından təmizlənməsi işləri aparılır.
        Məişət tullantılarının zərərsizləşdirilməsi məqsədilə ərazilərdə xəndəklərin qazılması işləri həyata keçirilmişdir.
        Suvarma kanallarının ətrafının, qəbirstanlıqların və meşə ərazilərinin   tullantılardan   təmizlənməsi işləri davam edir.
        “Təmizlik ayı” çərçivəsində rayon ərazisində yerləşən bir sıra qeyri- yaşayış obyektlərinin ərazilərinin və ictimai yaşayış binalarının  həyətlərinin tullantılardan təmizlənməsi  işlərinə  başlanılmışdır.
         Aksiya çərçivəsində aparılan işlərdə rayon sakinlərinin də yaxından iştirak etməyə dəvət edir, təmizliyin sonrakı dövrlərdə  qorunmasına öz töhfələrini verməsini xahiş edirik.
         Həmçinin vətəndaşlardan xahiş olunur ki, məişət tullantılarının çox yığıldığı, təbiət ərazilərinin çirkləndiyi yerlər haqqında rayon komissiyasına məlumat versinlər.
      Əlaqə telefonları:25-5-1-92, 25-5-51-93

Keçidlər