Qorağan kəndininin sakinləri ilə görüş keçirilib
Rayonun Qorağan kəndində 05 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olunmuşdur. Müraciətlər yeni qazılmış artezian quyusundan kəndin içməli su olmayan ərazisinə su xəttinin çəkilməsi, texnika vasitəsilə suvarma kanalının təmizlənməsi, təmirə ehtiyacı olan kənddaxili küçələrin hamarlanmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur. Səyyar qəbuldan sonra kəndin qaziləri ilə də görüş keçirilmişdir.
Qəbulda iştirak edən vətəndaşların, qazilərin müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.