Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda Konstitusiya Günü qeyd olunmuşdur

15 noyabr 2013 | 16:00

Müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul olunması çağdaş tariximizin ən mühüm hadisələrindən biridir. Bu Konstitusiya ölkəmizin müstəqillik və dövlətçilik tarixində yeni səhifə açmışdır.
AzərTAc xəbər verir ki, bu fikirlər Konstitusiya Günü münasibəti ilə Qax Rayon İcra Hakimiyyətində keçirilən konfransda səslənmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Konfransda qeyd olunmuşdur ki, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan Azərbaycanın ilk milli Konstitusiyası ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün əsaslı zəmin yaratmışdır.
Məruzə və çıxışlarda müstəqil Azərbaycanın demokratik dəyərlərə əsaslanan Əsas Qanununun qəbul olunmasında ümummilli liderin tarixi xidmətlərindən söhbət açılmış, bununla da dövlətimizin siyasi, hüquqi, ideoloji və mənəvi təməlinin qoyulduğu xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, Əsas Qanunda təsbit edilən demokratik prinsiplər, o cümlədən hakimiyyətin bölgüsü, məhkəmə hakimiyyəti, insan hüquq və azadlıqlarının müdafiəsi və digər müddəalar milli dövlətçiliyimizin formalaşmasına və inkişafına xidmət edir.
Çıxış edənlər milli Konstitusiyanın qəbul edilməsindən keçən dövr ərzində Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük uğurlar qazanıldığını diqqətə çatdırmışlar.

Keçidlər