Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda ət, süd və yumurta istehsalı artıb

07 aprel 2022 | 16:00

 Bu ilin yanvar-mart aylarında rayonunda bütün növ heyvandarlıq məhsulları istehsalında dinamik artım qeydə alınıb. Belə ki, üç ayda rayonda 573 ton diri çəkidə ət, 2679,7 ton süd, 2,055 min ədəd yumurta istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 11,6 ton, süd istehsalı 67,8 ton, yumurta istehsalı isə  Rayon Statistika İdarəsindən məlumat verilib ki, istehsal olunan diri çəkidə ətin 569,1 tonu, südün 2 616,6 tonu, yumurtanın isə hamısı ailə-kəndli ev və fərdi sahibkarlıq təsərrüfatlarının payına düşür. Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində isə üç ayda 3,9 ton ət, 63,1 ton süd istehsal olunub.
 Cari ilin birinci rübündə rayonda 1775 baş inək və camış süni yolla mayalandırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 167 baş çoxdur. Müddət ərzində təsərrüfatlarda süni mayalanma yolu ilə 907 baş buzov və balaq doğulub.

 

Keçidlər