Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Təmizlik ayı” çərçivəsində rayonda təmizlik və abadlıq işləri davam etdirilir

09 aprel 2022 | 16:00

Ətraf mühitin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısının alınması, çirklənmiş ərazilərin təmizlənməsi və rayon üzrə məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi məqsədi ilə  rayon İcra Hakimiyyəti başçısının 28 mart 2022-ci il tarixli 17 saylı sərəncamı ilə  2022-ci ilin aprel ayı rayonda “Təmizlik ayı” elan edilmişdir.
       “Təmizlik ayı”nda tədbirlərin mütəşəkkil olaraq keçirilməsi üçün rayon komissiyası yaradılmışdır. Komissiya tərəfindən rayon ərazisində təmizlik aparılacaq ərazilər və buna uyğun görüləcək işlər müəyyən edilərək icrasına başlanılmışdır.
        Belə ki, kənd və şəhər  ətrafı ərazilərin kollardan və məişət tullantılarından təmizlənməsi işləri aparılır.
        Suvarma kanallarının ətrafının  və meşə ərazilərinin məişət   tullantılarından   təmizlənməsi işləri davam edir.
        “Təmizlik ayı” çərçivəsində keçirilən təmizlik və abadlıq aksiyalarında rayonun digər idarə və təşkilatlarının kollektivləri ilə yanaşı rayon İcra Hakimiyyətinin kollektivi də iştirak edir.        
Aksiya çərçivəsində aparılan işlərdə rayon sakinlərini də yaxından iştirak etməyə dəvət edir, təmizliyin sonrakı dövrlərdə  qorunmasına öz töhfələrini verməsini xahiş edirik.
         Həmçinin vətəndaşlardan xahiş olunur ki, məişət tullantılarının çox yığıldığı, təbiət ərazilərinin çirkləndiyi yerlər haqqında rayon komissiyasına məlumat versinlər.
           Əlaqə telefonları:25-5-51-92, 25-5-51-93

Keçidlər