Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı müşavirə keçirilib

14 aprel 2022 | 16:00

13.04.2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.04.2020-ci il tarixli 1986 nömrəli Sərəncamının icrası ilə əlaqdar “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı” müşavirə keçirilmişdir.
Müşavirədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdir müavini Vasif Əliyev, Dövlət Ekologiya Ekispertiza Agentliyinin şöbə müdiri Mübariz Əliyev, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Namik Yusifov, Qax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri,  Qax Suvarma Sistemləri İdarəsinin, 6 nömrəli Regional Su-kanal İdarəsinin Qax rayon Su-kanal sahəsinin və  Qax Dövlət Aqrar İnkişaf mərkəzinin rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər
      Tədbirdə çıxış  edənlər su obyektlərinin nəzarətdənkənar istifadəsinin aradan qaldırılması, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə sənədinin alınması, sənədləşdirmə işlərinin aparılması, müəyyən edilmiş suvarma su rejiminə riayət olunması, suvarma suyunun əkin sahələrinə ədalətli bölünməsi, növbəlik prinspinə əsasən verilməsi, əkin sahələrinə tələb olunan suyun sifarişinin formalaşdırılması, su israfçılığının qarşısının alınması ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə yaradılan işçi qrupunun vəzifələri haqqında məlumat vermişdir. Həmçinin  icra nümayəndələrinə və bələdiyyə sədrlərinə mövcud su ehtiyatlarından maksimum dərəcədə qənaətlə istifadə etmək məqsədilə əhali arasında maarifləndirmə işləri aparılması tövsiyə olunmuşdur.
Eyni zamanda müşavirədə su ehtiyatlarından səmərəli istifadə etmək üçün mövcud imkanlar çərçivəsində qarşıda duran işlər barədə ətraflı müzakirələr aparılmışdır.

Keçidlər