RİH başçısı növbəti səyyar görüş keçirib.
Rayonun Dəymədağlı kəndində 19 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olunmuşdur. Müraciətlər taxıl sahələrinin əkilməsi üçün dövlət tərəfindən verilən subsidiyaların ödəniləcək tarixi haqda məlumat verilməsi, kəndə gələn suvarma kanalının texnika vasitə ilə təmizlənməsi, yağış yağan zaman bəzi kənddaxili küçələrdə yaranmış çuxurların və kənd yollarının təmir olunmasına köməklik göstərilməsi barədə olmuşdur.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı yerli bələdiyyə və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.