Zəyəm kəndininin sakinləri ilə görüş keçirilib.
Zəyəm kəndində 21 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olunmuşdur. Müraciətlər kənddə subartezyan quyusunun qazılmasına, texnika vasitəsilə suvarma kanalının təmizlənməsinə, qəzalı eləktrik dirəklərinin, kəndin içməli su probleminin həll olunmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Səyyar qəbuldan sonra kənddə Vətən müharibəsi iştirakçıları və qazi ailələri ilə də görüş keçirilmiş, onların problemləri dinlənmişdir.
Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı yerli bələdiyyə və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.