Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Əmək və əhalinin sosial müdafiəsi naziri Qax rayonunda vətəndaşları qəbul etmişdir

19 noyabr 2013 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
      AzərTAc xəbər verir ki, noyabrın 15-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində bu rayondan, eləcə də Balakən, Zaqatala, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbul barədə əvvəlcədən kütləvi informasiya vasitələrində məlumat yayılmış, müraciət etmək istəyən vətəndaşların qeydiyyatı aparılmışdır.
Nazirliyin vəzifəli şəxslərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşlar əsasən ünvanlı sosial yardımın təyin olunması, əlillik dərəcəsinin müəyyən olunması, məşğulluq, mənzil problemi, minik avtomobilləri və əlil arabalarının verilməsi, sağlamlıqlarının bərpasına kömək və digər sosial xidmətlərlə bağlı müraciətlər etmişlər.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv şəkildə həll olunması üçün nazirliyin aidiyyəti strukturları və yerli qurumlarının rəhbərlərinə müvafiq göstərişlər verilmişdir. Eyni zamanda, vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.

Keçidlər