Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Yeni Azərbaycan Partiyasının yaranmasının 21 illiyi münasibətilə YAP Qax rayon təşkilatı 21 noyabr 2013 – cü il tarixdə yığıncaq keçirmişdir

24 noyabr 2013 | 16:00

21 noyabr 2013 – cü il tarixdə YAP Qax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 21 illiyi münasibətilə yığıncaq keçirmişdir.
  Yığıncağı giriş sözü ilə YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov açaraq qeyd etdi ki, 21 il bundan əvvəl yaranmış Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai – siyasi, iqtisadi həyatında iflasdan inkişafa, tənəzzüldən tərəqqiyə, parçalanmaqdan bütövlüyə doğru gedən işıqlı yolun təminatçısı olmaqla  tarixi zərurətdən doğan  reallıq  səviyyəsinə  yüksəldi. Yeni Azərbaycan Partiyası dünya miqyaslı siyasi və dövlət xadimi H. Əliyevin sayəsində təşəkkül tapmış, onun nurlu şəxsiyyəti ətrafında sıx birləşərək möhkəmlənmiş və respublikamızın siyasi həyatında indiki mövqeyini tutmuşdur.
YAP Qax rayon təşkilatının Aparat rəhbəri Natiq Allahverdiyev “YAP - xalqın etimadını doğruldan partiya” mövzusunda məruzə etmişdir. Məruzədə Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin partiya həyatındakı fəaliyyətindən, partiyanın seçkilərdəki qələbəsindən və 21 ildə partiyanın əldə etdiyi uğurlardan danışıldı.
          Yığıncaqda çıxış edən partiyanın veteran üzvü Əbdürrəhman Aşurov, YAP Qax rayon təşkilatının Şura üzvü Xalid Heydərov, YAP Qax rayon təşkilatı GB İH üzvü Günel Məmmədova, YAP Qax rayon təşkilatının Şura üzvü Babək Heydərov Yeni Azərbaycan Partiyasının bu gün öz sıralarında 610 mindən artıq partiya üzvünü birləşdirməklə ən güclü, mütəşəkkil, cəmiyyətdə böyük nüfuza, monolit birliyə malik siyasi qüvvə olmasından danışdılar və qeyd etdilər ki, xoşbəxt gələcəyimizin və qələbələrimizin təminatçısı yalnız Azərbaycan Respublikamızın Prezidenti, YAP sədri cənab İlham Əliyevdir və biz öz Prezidentimizlə daim birlikdəyik.
  YAP  Qax rayon təşkilatı İdarə Heyətinin üzvü,  rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək millətin istəyindən yaranan, gücünü, ilhamını xalqdan alan Yeni Azərbaycan Partiyasının Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən danışdı. Və qeyd etdi ki, həqiqətən bu gün cənab Prezidentimizin məqsədyönlü siyasəti nəticəsində respublikamız qüdrətlənir, qüdrətlənəcək və güclü Azərbaycana çevriləcək.
   Sonda partiya sıralarına yeni qəbul olnmuş gənclərə üzvlük vəsiqələri təqdim olundu və partiya həyatında fəal iştirakına görə bir qrup partiya fəalları fəxri fərmanla təltif olundu.

Keçidlər