Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax rayonunun daha bir kəndinə təbii qaz verilmişdir

27 noyabr 2013 | 16:00

Qax rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Cəlayir kəndinin qazlaşdırılması başa çatdırılmış və noyabrın 26-da kəndə “mavi yanacağın” verilməsinə başlanmışdır.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev və “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışmışlar. Məlumat verilmişdir ki, rayonun 59 yaşayış məntəqəsindən 12-si artıq qazlaşdırılmışdır və hazırda 7 min abonent təbii qazdan istifadə edir. Əhali qrupu üzrə qazlaşma 54 faizə çatdırılmışdır. İlin sonunadək Şotavar kəndinin də qazlaşdırılması nəzərdə tutulur.
Mərasimdə kənd ağsaqqalları, ziyalılar çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə sakinlər adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Qeyd edilmişdir ki, 1700 nəfər əhalisi olan Cəlayir kəndinin qazlaşdırılması üçün 20 kilometr uzunluğunda qaz xətləri çəkilmişdir.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılmış və evlərə təbii qaz verilmişdir.

Keçidlər