Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Heydər Əliyev yüksək zirvə və xalqın qürur mənbəyidir

16 dekabr 2013 | 16:00

Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin vəfatının onuncu ildönümü Qax rayonunda da sonsuz məhəbbət və dərin ehtiram hissi ilə qeyd edilmişdir.
AzərTAc xəbər verir ki, güclü qar yağmasına baxmayaraq rayon rəhbərliyi, əmək kollektivlərinin və ictimaiyyətin nümayəndələri, sadə insanlar dekabrın 12-də səhər saatlarından başlayaraq axın-axın şəhərin mərkəzi meydanına gələrək Ulu Öndərin burada ucaldılmış abidəsi önünə əklil qoymuş, gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Ümummilli Liderin anım günü ilə əlaqədar Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktik konfransın iştirakçıları əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin ekspozisiyaya baxmışlar.
Konfransda çıxış edənlər Heydər Əliyevin nəsillərə nümunə olan zəngin və mənalı həyat yolu barədə danışmış, onun çoxsahəli fəaliyyətinin önəmli məqamlarına toxunmuşlar. Çıxışlarda vurğulanmışdır ki, dünya şəxsiyyətləri içərisində xüsusi yeri olan, öz xalqını böyük xalqların, dövlətini böyük dövlətlərin cərgəsinə çıxaran ulu öndər Heydər Əliyevin həyatı qəhrəmanlıq, Vətənə və xalqa sədaqət nümunəsidir. Heydər Əliyev yüksək zirvə, xalqın qürur mənbəyidir. Varlığında bütöv bir millətin ruhunu yaşadan, şəxsiyyətində xalqın ən gözəl keyfiyyətlərini cəmləşdirən ümummilli lider bütün həyatını öz xalqına həsr etmiş, yolumuz üstündə gur məşələ çevrilmişdir.

Keçidlər