Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax rayonunda uşaq bağçalarının maddi-texniki bazası möhkəmləndirilir

26 dekabr 2013 | 16:00

Dekabrın 24-də Qax şəhərindəki 6 nömrəli körpələr evi - uşaq bağçası bərpa-gücləndirilmə işlərindən sonra istifadəyə verilmişdir.
AzərTAc xəbər verir ki, mərasimdə çıxış edənlər rayonda məktəbəqədər müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirmişlər. Qeyd olunmuşdur ki, son vaxtlar 3 uşaq bağçası əsaslı təmir edilmiş və bir yeni bağça tikilmişdir. 1968-ci ildən fəaliyyət göstərən bu bağça isə ötən ilin mayında bölgədə baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüşdür. Bağçada bərpa-gücləndirilmə işləri Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına həyata keçirilmişdir. Diqqətə çatdırılmışdır ki, həmin sərəncama uyğun olaraq rayonda daha 5 uşaq bağçasında bərpa-gücləndirilmə və tikinti işləri aparılır. İlin sonunadək Qax şəhərində daha bir bağça istifadəyə veriləcəkdir. Digər bağçaların isə gələn ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur.
Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılan şəraitlə tanış olmuşlar. 75 yerlik uşaq bağçasında 4 qrup fəaliyyət göstərir. Müəssisədə 35 tərbiyəçi-müəllim və texniki işçi çalışır. Bağça yeni mebel və avadanlıqla da təchiz edilmişdir.

Keçidlər