Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax şəhərində zəlzələdən zərər çəkmiş daha bir uşaq bağçası yenidən istifadəyə verilmişdir

03 yanvar 2014 | 16:00

Qax şəhərindəki 4 nömrəli körpələr evi-uşaq bağçası bərpa-gücləndirilmə tədbirlərindən sonra yenidən balacaların istifadəsinə verilmişdir.
AzərTAc xəbər verir ki, uşaq bağçası indiyədək ötən əsrin əvvəllərində inşa edilmiş, sonradan bağça üçün uyğunlaşdırılmış binada fəaliyyət göstərmişdir. 2012-ci ilin mayında baş vermiş zəlzələ zamanı rayonda bir çox tikililərlə yanaşı, bu bağçanın yerləşdiyi binaya da ciddi zərər dəymişdi.
Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına cari ilin sentyabrında rayonda 6 uşaq bağçasında bərpa-gücləndirilmə və tikinti işlərinə başlanılmışdır. Artıq bu bağçaların ikisində bərpa-gücləndirilmə işləri başa çatmışdır. Digər 4 bağçanın isə gələn ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur.
Açılış mərasimində çıxış edənlər uşaq bağçasının əlamətdar bayramlar – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində istifadəyə verilməsini uşaqlara əsl bayram hədiyyəsi olduğunu bildirmiş, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Sonra mərasim iştirakçıları bağçada yaradılmış şəraitlə tanış olmuşlar. Uşaq bağçası 125 yerlik olmaqla 7 qrupu əhatə edir. Burada 44 tərbiyəçi-müəllim və texniki işçi çalışır. Uşaqların təlim-tərbiyəsi, sağlam və gümrah böyümələri üçün hər cür şərait yaradılmış, bağça yeni mebel və avadanlıqla təchiz edilmişdir.

Keçidlər