Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində film nümayiş etdirilmişdir

21 yanvar 2014 | 16:00

20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində yanvarın 17-də Qax Rayon Mədəniyyət Evində tanınmış yazıçı, Milli Məclisin deputatı Aqil Abbasın eyniadlı əsəri əsasında çəkilmiş və Qarabağ müharibəsindən bəhs edən “Dolu” filmi nümayiş olunmuşdur.
          AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə mədəniyyət evinin foyesində qanlı Yanvara həsr olunmuş kitab sərgisi ilə tanış olmuşlar.
Filmin nümayişindən əvvəl rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti və acı nəticələri barədə danışmış, bu hadisələrin xalqımızın azadlıq mübarizəsi və qəhrəmanlığı tarixində şanlı səhifə olduğunu vurğulamışdır.
Bildirilmişdir ki, Vətən uğrunda son damla qanınadək döyüşən Azərbaycan oğullarının Qarabağ müharibəsindəki qəhrəmanlıqlarından bəhs edən belə ekran əsərləri xalqımızın vətənpərvərlik əzminin, döyüş ruhunun yüksəlməsində mühüm əhəmiyyətə malikdir.
Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Keçidlər