Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax rayonunun Qıpçaq kəndində yeni həkim məntəqəsi istifadəyə verilmişdir

26 fevral 2014 | 16:00

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Dünya Bankının birgə həyata keçirdikləri “Səhiyyə sektorunda islahatlar” layihəsi çərçivəsində Qax rayonunun Qıpçaq kəndində yeni həkim məntəqəsi tikilib istifadəyə verilmişdir.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə mərkəzi rayon xəstəxanasının baş həkimi Tərlan Əhmədzadə və Səhiyyə Nazirliyinin nümayəndəsi İsa Əliyev çıxış edərək son illər ölkəmizdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs etmişlər. Qeyd olunmuşdur ki, ucqar kəndlərdə müasir standartlara uyğun belə səhiyyə obyektlərinin istifadəyə verilməsi ölkə rəhbərliyinin insanların sağlamlığına diqqət və qayğısının bariz nümunəsidir. Diqqətə çatdırılmışdır ki, yeni məntəqə “Səhiyyə sektorunda islahatlar” layihəsi çərçivəsində rayonda istifadəyə verilən sayca üçüncü tibb müəssisədir. Ötən ilin sentyabrında Güllük və Əlibəyli kəndlərində də belə səhiyyə ocaqları tikilib əhalinin istifadəsinə verilmişdir.
Sonra tədbir iştirakçıları məntəqədə yaradılmış şəraitlə tanış olmuşlar. Bildirilmişdir ki, müasir standartlara uyğun inşa edilən, zəruri tibbi avadanlıqla təchiz olunan yeni həkim məntəqəsi Qıpçaq kəndi ilə yanaşı, bu ərazidə yerləşən digər kəndlərin əhalisinə də xidmət göstərəcəkdir.

Keçidlər