Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

AAYDA-nın sədri Rayonda vətəndaşlarla görüşüb

19 avqust 2022 | 12:35

   Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov  rayonda vətəndaşları qəbul edib.

    Qəbuldan əvvəl AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov və  Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını göstəriblər.

   Daha sonra Qax rayonu Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Qax və Şəki rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

  Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

   Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

   Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qəbuldan sonra “13 №-li Yol İstismarı” MMC-nin Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşları ilə görüşüb.

 

 

Keçidlər