Abbasov Nihad Mövlüd oğlu
27 iyul 2026 | 17:18
Sabahın xeyir, #Qax!
Abbasov Nihad Mövlüd oğlu 25 iyul 2000-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. 2018-ci ildə İlisu kənd tam orta məktəbini bitirib və həmin ildə hərbi xidmətə çağrılıb. Həqiqi hərbi xidməti bitirdikdən sonra 2020-ci ilin avqust ayında orduda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Vətən müharibəsində Suqovuşan və Talış kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü" və “Suqovuşanın azad olunması görə” medalları, 25 iyun 2026-cı il tarixli sərəncamı ilə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 24 oktyabr 2020-ci il tarixdə Qax rayonun İlisu kəndində dəfn olunub. Allah şəhidlərimizə rəhmət eləsin.






