Abbasov Ramil Sabir oğlu
19 oktyabr 2026 | 09:30
Sabahın xeyir, #Qax!
Abbasov Ramil Sabir oğlu 01 aprel 1989-cu ildə Qax rayonunun Turaclı kəndində anadan olub. Turaclı kənd tam orta məktəbin 9-cu sinfini bitirib. 2007-ci ildə həqiqi hərbi xidmətə çağırlıb, hərbi xidməti bitirdikdən sonra 2011-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Vətən müharibəsində Tərtər istiqamətində Suqovuşan uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə "İgidliyə görə", 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə " Kəlbəcərin azad olunmasına görə" medalları və 25 iyun 2026-cı il tarixli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 11 oktyabr 2020-ci ildə Turaclı kəndində dəfn olunub. Ailəli olub. Üç övladı yadigar qalıb. Allah Şəhidlərimizə rəhmət eləsin.






