Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ağçay kəndinin sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir

12 avqust 2022 | 11:44

Ağçay kəndində 9 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər dinlənilmişdir. Müraciətlər Ağçay kənd ümumi orta məktəbinə telefon və internet xəttinin çəkilməsinə, kəndin daxilindən axan çayın beton kanalına alınmasına, kənd uşaq bağçasının telefon xəttində yaranan nasazlığın aradan qaldırılmasına və vətəndaşın qonşusu tərəfindən aparılan qeyri-qanuni tikilinin sökülməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilmişdir. Sonda vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunmuşdur.

 

Keçidlər