Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ağçay kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir.

10 iyul 2024 | 16:08

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Ağçay kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

    Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

     Müraciətlər kənd məktəbinin və kənddaxili yolun təmir olunmasına, qəzalı elektrik dirəklərinin və bağçanın telefon xəttinin dəyişdirilməsinə,  internet sürətinin yaxşılaşdırılmasına, vətəndaşın fərdi yaşayış evinin dam örtüyünün dəyişdirilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur. 

    Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

 

Keçidlər