Ağyazı kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Ağyazı kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlər kəndə elektrik enerjisi verilişinin yaxşılaşdırılmasına, tibb məntəqəsinə tibb işçisinin təyin olunmasına, marşrut xəttinin bərpa edilməsinə, kəndin girişindəki sərt döngədə nəqliyyat vasitələrinin sürətinin azaldılması üçün yol nişanının quraşdırılmasına və taxıl sahələrində gəmiricilərə qarşı mübarizə tədbirlərinin aparılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir.