Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Alatəmir kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir

12 sentyabr 2023 | 18:01

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Alatəmir kəndində 12 sentyabr 2023-cü il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

          Rayonun aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kəndin içməli su xətlərində təmizləmə işlərinin aparılmasına, Alatəmir kənd tam orta məktəbinin dam örtüyünün təmirinə, Alatəmir kənd klubuna elektrik enerjisinin yenidən verilməsinə və Qarameşə kəndində vətəndaşın pay torpaq sahəsinə gedən yolun açılmasına  köməklik göstərilməsi ilə bağlı olmuşdur.

         Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

Keçidlər