Allahverdiyev Namiq Şükür oğlu
31 mart 2026 | 09:07
Sabahın xeyir, #Qax!
Allahverdiyev Namiq Şükür oğlu 1974-cü il martın 31-də Qax şəhərində anadan olub. İlk təhsilini şəhər 2 nömrəli məktəbdə alıb. 11-ci sinifi bitirdikdən sonra peşə ixtisasına yiyələnmək üçün Qax Peşə məktəbində təhsilini davam etdirib. 1992-ci il iyulunda hərbi xidmət etmək üçün Azərbaycan Respublikasının Milli Ordusu sıralarına çağrılıb. Xidmətinin ilk günlərindən ön cəbhədə xidmət etmiş və 1992-ci ilin sentyabrın 15-də Ağdərə rayonunun Çıldıran yüksəkliyi uğrunda gedən qeyri-bərabər döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qax şəhər “Şəhidlər xiyabanı”nda dəfn olunub. Təhsil aldığı 2 saylı məktəb-lisey şəhidin adını daşıyır.
Allah rəhmət eləsin!






