Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Almalı kəndinin sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir.

26 may 2022 | 16:11

  Almalı kəndində 24 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.          

  Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər dinlənilmişdir. Müraciətlər kənddəki qəzalı elektrik dirəklərinin dəyişdirilməsi və elektrik xətlərinin tarımlaşdırılması, qış aylarında kəndin uşaq bağçasında istilik təminatında yaranmış problemlərin həll olunması, suvarma kanalının təmizlənməsi, Almalı və Dəymədağlı kəndlərini birləşdirən kənddaxili yolun təmir olunmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur. Səyyar qəbuldan sonra kəndin qaziləri ilə də görüş keçirilmişdir. 

   Qəbulda iştirak edən vətəndaşların, qazilərin müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Keçidlər