Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Almalı kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir

07 fevral 2025 | 14:42

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Almalı kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər  kənddə altmış təsərrüfatın olduğu ərazidə içməli su probleminin həll olunması üçün əlavə artezian quyusunun qazılmasına, kənd sakinlərinə məxsus həyətyanı və bağ sahələrindən keçən suvarma kanallarının texnika vasitəsilə təmizlənməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur. 

Qəbulda qaldırılan məsələlər nəzarətə götürülərək, onların  həlli ilə bağlı rayonda fəaliyyət göstərən xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər