Amanlı kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Amanlı kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlər kəndə qaz xəttinin çəkilməsinə, kəndin örüş sahəsinin ətrafındakı drenaj kanalının texnika ilə təmizlənməsinə, artezian suyunun bulanıq olduğu bildirilərək tədbir görülməsinə, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlillik dərəcəsi almış vətəndaşın imtiyazlı şəxs kimi mənzillə təmin olunmasına, kənd sakininə məxsus həyətyanı torpaq sahəsinin yaxınlığındakı qəzalı elektrik dirəyinin dəyişdirilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilmişdir.