Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Amanlı kəndinin sakinləri ilə səyyar görüş keçirilib.

01 iyun 2022 | 17:31

     Amanlı kəndində 1 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.          

     Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər dinlənilmişdir. Müraciətlər kəndin qazlaşdırılmasına, elektrik təchizatında yaranmış problemin həllinə, kənd ərazisinin qurunt sularından təmizlənməsi üçün qazılmış drenaj kanalına boru qoyulmasına, yay aylarında suvarma suyu ilə bağlı yaranan problemlərin həllinə, kənddaxili yolun təmiri üçün qum-çınqıl tökülməsi və texnika verilməsinə köməklik göstərilməsi, eləcə də bağ sahələrinin sənədləşməsi ilə bağlı məlumat verilməsi, imtiyazlı şəxs qismində mənzil növbəsinə yazılmış vətəndaşa mənzilin nə vaxt veriləcəyi barədə məlumat verilməsi, Vətən müharibəsi iştirakçısına veteran adının alınması, şəxsi vəsaiti hesabına qazdırdığı artezyan quyusunun  elektrik xəttinə qoşulması üçün aidiyyatı qurumun balansına verilməsi ilə bağlı olmuşdur. Səyyar qəbuldan sonra kəndin qaziləri ilə də görüş keçirilmişdir. 

      Qəbulda iştirak edən vətəndaşların, qazilərin müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Keçidlər