Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Anım günü ərəfəsində qazilər ziyarət edilib

26 sentyabr 2023 | 11:57

 Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat  rəhbərlərinin iştirakı ilə 27 sentyabr anım günü ərəfəsində ənənəvi olaraq qazilər evlərində ziyarət edilmiş, onları narahat edən məsələlər öyrənilmişdir.

          Görüş zamanı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfərdən, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söhbət açılmışdır. Həmçinin Azərbaycan Ordusu tərəfindən Qarabağdakı erməni terrorçularını zərərsizləşdirmək üçün anti-terror tədbirlərində qazanılan uğurlardan danışılmış, qazilər səhhətlərində problem olmasına baxmayaraq, daima Vətənin keşiyində durmağa hazır olduqlarını bildirmişlər.

          Qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.  

                                                                        

 

Keçidlər