Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Aqrar sahə respublikamızın digər bölgələrində olduğu kimi rayonumuzda da sürətlə inkişaf etməkdədir

14 mart 2026 | 12:33
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən böyük dəstək tədbirləri həyata keçirilir. Dövlət başçısının qəbul etdiyi qərarlar, imzaladığı Fərman və Sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır”.
Aqrar sahə respublikamızın digər bölgələrində olduğu kimi rayonumuzda da sürətlə inkişaf etməkdədir. Xüsusilə rayonumuzun əhalisinin əsas gəlir mənbəyi olan taxılçılığın, fındıqçılığın, tütünçülüyün və baramaçılığın inkişafı üçün möhkəm zəmin yaradılmaqdadır.
Belə ki, bəyan dövrü ərzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən 4203 fermer tərəfindən 15582 hektar ərazi və 2499610 manat subsidiya üçün müraciət edilmişdir. Bundan 2932 fermer olmaqla 10.074 hektarını payızlıq əkinlər təşkil edir. Payızlıq və çoxillik əkinlər üzrə subsidiyanın ödənilməsinə başlanılmışdır. Yazlıq və coxillik əkmələr üzrə bəyan prosesi 30 may tarixinədək davam etdiriləcəkdir. Hazırda bəyan edilmiş payızlıq və çoxillik əkinlərin monitorinqi, eyni zamanda yazlıq əkinlərin bəyan prosesi aparılır. Bundan əlavə olaraq gündəlik müraciət edən fermerlərə müraciətə uyğun olaraq xidmət göstərilir.
Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv inkişaf etdirilməsinə zəmin yaradan cins maldarlığın inkişafı və süni mayalandırmanın tətbiqinin daha da genişləndirilməsi istiqamətində də aparılan tədbirlər davam etdirilmişdir. Bu məqsədlə ötən dövr ərzində 5699 baş iribuynuzlu heyvan süni yolla mayalandırılmış və süni mayalanma yolu ilə 3263 baş bala alınmışdır. Süni mayalama nəticəsində doğulmuş hər baş buzova görə 100 manat olmaqla 326300 manat vəsaitin verilməsi təmin olunmuşdur.
Mövcud mal-qaranın sağlamlığının qorunması, əhalinin sağlam və keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunması üçün epizootiya əleyhinə tədbirlərin plana uyğun icrası təmin olunmuş, hal-hazırda profilaktik və müalicə tədbirlərinin aparılması davam etdirilir.
İstər bitkiçilik, istərsə də heyvandarlıq sahəsində həyata keçirilən tədbirlər bunu deməyə əsas verir ki, rayonda aqrar sahənin intensiv dinamik inkişaf etdirilməsi üçün hər bir şərait vardır və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi ardıcıl surətdə davam etdiriləcəkdir.
Keçidlər