Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Armudlu kəndində RİH başçısının sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.

06 sentyabr 2022 | 11:41

       Armudlu  kəndində 6 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kəndin  əvvəlki  adının bərpa olunmasına, odun yanacağı ilə təmin olunmasına, içməli su probleminin həlli məqsədi ilə suyun mənbəyinin dəyişdirilməsinə, qaz çəkilişinin tezləşdirilməsinə  köməklik göstərilməsi ilə bağlı olmuşdur.

     Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. Sonda şəhid ailəsi və Qarabağ iştirakçısı ilə görüş keçirilmişdir.

 

Keçidlər