Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Aşağı Malax kəndinin sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir.

04 iyul 2022 | 15:33

    Aşağı Malax kəndində 1 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.          

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər dinlənilmişdir. Müraciətlər  kənddaxili yolların, telefon xətlərinin  təmir olunmasına və qəzalı  elektrik dirəklərinin  dəyişdirilməsinə  köməklik göstərilməsi ilə bağlı olmuşdur.

      Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş,  qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti  qurumlara müvafiq tapşırıq və tövsiyələr verilmişdir. Sonda  vətən müharibəsi iştirakçıları ilə  görüş təşkil olunmuşdur.

 

Keçidlər