Aşağı Malax kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir
04 oktyabr 2024 | 15:34
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Aşağı Malax kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlər kəndə qaz xəttinin çəkilməsinə, kənddaxili yolların təmir olunması üçün qum-çınqılın tökülməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilmişdir.