Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, 13 №-li Yol İstismarı MMC tərəfindən Qax rayonu ərazisində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

01 iyul 2026 | 14:23
13 №-li Yol İstismarı MMC-nin əsas fəaliyyət istiqamətləri nəzarətində olan avtomobil yollarının cari saxlanılması, yol örtüyünün təmiri, suötürücü qurğuların təmizlənməsi, yol yatağının və çiyin hissələrinin qorunması, həmçinin hərəkətin təhlükəsizliyinin təmin edilməsindən ibarətdir.
Cari ilin may-iyun aylarında müəssisə tərəfindən rayonun müxtəlif yaşayış məntəqələrini əhatə edən avtomobil yollarında cari təmir, yol örtüyünün bərpası, çiyin hissələrinin hamarlanması və suötürücü qurğuların təmizlənməsi işləri həyata keçirilmişdir.
Görülən tədbirlər nəticəsində yolların istismar vəziyyəti yaxşılaşdırılmış, nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyi və rahatlığı artırılmışdır. Eyni zamanda yol kənarlarının təmizlənməsi, yaşıllıq zolaqlarına qulluq göstərilməsi və mövcud infrastrukturun saz vəziyyətdə saxlanılması istiqamətində işlər aparılmışdır.
Müəssisə tərəfindən Qax rayonu ərazisində dövlət əhəmiyyətli avtomobil yollarının etibarlı və təhlükəsiz istismarının təmin olunması məqsədilə mütəmadi olaraq təmir-bərpa və istismar işləri həyata keçirilir.
Müəssisənin xidmət göstərdiyi respublika əhəmiyyətli avtomobil yollarından biri R16 Qorağan-Qax–Zaqatala avtomobil yolu, eləcə də yerli əhəmiyyətli Qax–İlisu–Sarıbaş avtomobil yoludur.
Cari ilin may,iyun aylarında görülmüş işlər çərçivəsində:
✅ Qax–İlisu–Sarıbaş avtomobil yolunun 8–10-cu kilometrlik hissəsində asfalt-beton örtükdə əmələ gəlmiş çalalar asfalt-beton qarışığı ilə təmir edilmişdir.
✅ R16 Qorağan-Qax–Zaqatala avtomobil yolunun 15–17-ci kilometrlik hissəsində asfalt-beton örtükdə yaranmış çalalar asfalt-beton örtüyü ilə aradan qaldırılmış, yolun hərəkət hissəsinin istismar göstəriciləri yaxşılaşdırılmışdır.
Həyata keçirilən tədbirlər nəticəsində qeyd olunan yol sahələrində nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkəti təmin edilmişdir.
13 №-li Yol İstismarı MMC tərəfindən yol təsərrüfatının etibarlı və fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə qarşıdakı dövrdə də zəruri tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.
Keçidlər