Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib

23 oktyabr 2023 | 20:41

19 oktyabr 2023-cü il tarixdə ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə keçirilən Azərbaycan Qadınlarının VI Qurultayı öz işinə başladı.

Qurultaydan öncə iştirakçılar Fəxri Xiyabanı ziyarət edib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Qurultayın açılışında Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra “Heydər Əliyev və Dövlət Qadın siyasəti” haqqında film nümayiş etdirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident cənab İlham Əliyevin Qurultay iştirakçılarına təbrik məktubunu səsləndirib.

Ardınca açılış nitqləri dinlənilib.

Qurultayı açıq elan edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dövlət qadın siyasəti ilə bağlı məruzə ilə çıxış edib. O, aparılacaq müzakirələrin, qəbul ediləcək qərarların bu sahədə töhfə verəcəyinə inamını bildirib, Qurultayın işinə uğur arzu edib.

         Daha sonra Baş nazirinin müavini Əli Əhmədov, Türkiyənin Ailə ve Sosial Xidmətlər naziri Mahinur Özdəmir Göktaş, Milli Məclis sədrinin müavini Adil Əliyev, BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Vladanka Andreeva, İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva, Tacikistan Respublikasının əmək, miqrasiya və məşğulluq nazirinin müavini Nodiri Şaxnoza Anvar, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın çıxışları dinlənilib. Qadınların hüquqlarının təmin olunması istiqamətində fikir və təkliflər səsləndirilib.

        Çıxışlardan sonra BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədri Ana Pelaez Nervaezin video-təbriki dinlənilib.

       Qurultayda rayonumuzu rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova və Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin direktoru Aybəniz Məmmədova təmsil edib.

Keçidlər