Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin, Qax Rayon İcra Hakimiyyətinin və Qafqaz Müsəlmanları İdarəsinin Qax rayon Qazılığının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Radikalizm və ekstremizimlə mübarizədə dini icmaların rolu " mövzusunda maarifləndirici tədbir keçirilib

30 iyun 2026 | 17:30
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin, Qax Rayon İcra Hakimiyyətinin və Qafqaz Müsəlmanları İdarəsinin Qax rayon Qazılığının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Radikalizm və ekstremizimlə mübarizədə dini icmaların rolu " mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şəki- Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova və QMİ-nin Qax rayonu üzrə qazısı Hacı Əsgərov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Tədbirdə Məhərrəmlik mərasimlərinin hüquq və ənənələr çərçivəsində keçirilməsi, dini-mədəni dəyərlərin qorunması və təbliği mövzuları müzakirə olunub. Çıxışlarda ölkəmizdə dini həmrəyliyin, tolerantlığın və qarşılıqlı hörmətin təşviqinə xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Məhərrəmlik mərasimlərinin ölkəmizdə mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi vurğulanıb.
Keçidlər