Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycanın qədim və zəngin mədəniyyətinə malik bölgələrdən biri olan Qax rayonu təkcə tarixi abidələri və təbii gözəlliyi ilə deyil, həm də mədəniyyət ocaqları ilə seçilir

16 mart 2026 | 09:10

Sabahın xeyir, #Qax!

Azərbaycanın qədim və zəngin mədəniyyətinə malik bölgələrdən biri olan Qax rayonu təkcə tarixi abidələri və təbii gözəlliyi ilə deyil, həm də mədəniyyət ocaqları ilə seçilir. Bu mədəniyyət müəssisələri arasında xüsusi yer tutan sənət ocaqlarından biri də Qax Dövlət Kukla Teatrıdır.

Teatr rayonun mədəni həyatında mühüm rol oynayaraq uşaqların estetik tərbiyəsinə və yaradıcılıq dünyasının formalaşmasına xidmət edir.

Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Şübhəsiz,  teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin premyeralara getməsi,  pərdə arxasında sənətçilərlə görüşməsi, ünsiyyət qurması hər zaman teatra,  yaradıcı insanlara çox böyük diqqət və qayğının bariz nümunəsidir.

Bu ənənə bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz cənab Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.

2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.

Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb.                                                        

Dövlətimizin və  rayon ictimaiyyətinin diqqət və qayğısı ilə əhatə  olunan  Qax Dövlət Kukla Teatrı 1974-cü ildə Səməd Vurğun adına Qax rayon Mədəniyyət evində respublikanın “Əməkdar Mədəniyyət İşçi”si İsako Zeynalaşvilinin rəhbərliyi ilə Kukla teatrı dərnəyi fəaliyyətə başlamışdır.Teatra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 14 aprel tarixli 214 nömrəli qərarı ilə dövlət statusu verilmiş və həmin gündən Qax Dövlət Kukla Teatrı kimi fəaliyyətə başlamışdır.

Qax Dövlət Kukla Teatrının 50 illik fəaliyyət tarixində 100-ə qədər tamaşa səhnəyə qoyulmuşdur. Teatr ölkəxarici və ölkədaxili festivallarda da layiqincə iştirak etmişdir. Müxtəlif illərdə Gürcüstanın Zestafoni, Estoniyanin  Vilyandi, Tallin, Türkiyənin İzmir, Rusiyanın Astraxan, Ukraynanın İvano-Frankovski, Qazaxıstanın Almatı şəhərlərində, respublikamızda, o cümlədən rayonumuzda keçirilən festivallarda yüksək səviyyədə iştirak edərək fəxri adlara layiq görülmüşdür.

Teatrın keçdiyi yaradıcılıq yolunda və formalaşmasında bir çox yaradıcı, peşəkar insanların rolu danılmazdır. Müxtəlif illərdə teatrın yaradıcı kollektivinin üzvləri Respublikanın fəxri adları və Prezident mükafatlarına layiq görülmüşdür. Bu illər ərzində öz yaradıcı əməyi ilə fərqlənmiş İsako Zeynalaşvili, Rahib Məmmədov, Əmrah Məmmədov, Nazim Mahmudov, Yusif Abdurahmanov, Osman Abdullayev, Araz Mehrablı, Mayıs Abdullayev və s. xüsusi qeyd olunmalıdır. Teatr kollektivi rayonda keçirilən         mədəni-kütləvi tədbirlərdə hər zaman yaxından iştirak edir,      öz tamaşaları ilə uşaqların mənəvi tərbiyəsində, onların mədəni səviyyəsinin, dünyagörüşünün formalaşmasında böyük rol oynayır.

                                                                                   

                                                       

Keçidlər