Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycanın sabahı, gələcəyi olan uşaqlar çox xoşbəxtdirlər ki, qalib və müstəqil ölkənin övladlarıdırlar

01 iyun 2024 | 14:07

Dünyanın əksər ölkələrində olduğu kimi 1 İyun-Uşaqların Beynalxalq Müdafiə günü Azərbaycanda da təntənə ilə qeyd edilir.

1 İyun-Uşaqların Beynalxalq Müdafiə günü ilə bağlı İçəri bazar Turizm kompleksində rayon İcra Hakimiyyətinin dəstəyi , uşaq müəssisələrinin, mədəniyyət və İncəsənət kollektivlərinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa xanım Heydərova bildirmişdir ki, uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. 1 iyun -Uşaqları Beynəlxalq Müdafiə Gününün ölkəmizdə hər il geniş qeyd edilməsi də məhz bu siyasətdən irəli gəlir.Təsadüfi deyil ki, Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti hazırda milli strategiyaya çevrilib. Bu gün Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır. Ölkə başçısının apardığı siyasətə uyğun olaraq, şəhid ailələrinin üzvləri, uşaqlar dövlətin hər cür diqqət və qayğısı ilə əhatələ olunub. O, həmçinin qeyd etmişdir ki, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də uşaq hüquqlarının müdafiəsi prioritet istiqamətlərindən biridir. Bugün Heydər Əliyev Fondu tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir, Fondunun təşəbbüsü ilə şəhid və aztəminatlı ailələrindən olan uşaqlara xüsusi diqqət ayrılır. Valideyn himayəsindən məhrum olmuş uşaqların himayəsi, əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.

Bu gün dövlətimizin əsas məqsədi uşaqların əmin-amanlıq və sülh içində yaşamasıdır. Azərbaycanın sabahı, gələcəyi olan uşaqlar çox xoşbəxtdirlər ki, işğal altında olan torpağın deyil, qalib və müstəqil ölkənin övladlarıdırlar.

Daha sonra tədbir uşaq incəsənət məktəbinin, mədəniyyət müəssisələrinin uşaq rəqs və folklor kollektivlərinin maraqlı konsert proqramı ilə davam etmişdir.

 

Keçidlər