“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilmişdir
Fevralın 10-da rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə rayon rəhbərliyi, Qax Elektrik Şəbəkəsinin məsul şəxsləri, rayonun elektrik enerjisi ilə təchizatı sahəsində çalışan şəxslər iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsinə böyük hörmət və ehtiramlarını bildirmişlər.
RİH başçısı Musa Şəkiliyev tədbirdə çıxış edərək ölkədə, o cümlədən rayonda istehlakçıları fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi sahəsində Azərişıq” ASC tərəfindən görülən genişmiqyaslı işlərdən söz açmış, bu sahədə çalışanları yubiley münasibətilə təbrik etmişdir.
Sonda rayonda istehlakçıların elektrik enerjisi ilə təchizatı sahəsində səmərəli fəaliyyətinə və xüsusi xidmətlərinə görə fərqlənən bir qrup şəxs rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif ediliblər.