Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Balacayev İzzət Zakir oğlu

26 yanvar 2026 | 09:11

Sabahın xeyir, #Qax!

Balacayev İzzət Zakir oğlu

14 dekabr 1993-cü ildə Azərbaycan Respublikasının Qax şəhərində anadan olmuşdur.

2000-ci ildə T.İsmayılov adına 5 nömrəli orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. Elə həmin il Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunmuşdur.

2009–2012-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2012–2016-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 2017-ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirərək leytenant rütbəsində N saylı hərbi hissədə xidmət etməyə başlamışdır.

2018-ci ildə Türkiyə Respublikasında Komando Hazırlıq Kursunu,

2019-cu ildə Pakistan İslam Respublikasında Səhrada Döyüş Hazırlığı Kursunu müvəffəqiyyətlə bitirmişdir.

27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin zabiti, baş leytenant rütbəsində Cəbrayıl, Füzuli, Xocavənd, Kəlbəcər və Şuşa istiqamətlərində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Şuşa istiqamətində gedən döyüşlər zamanı yaralanmışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq, igidlik və mərdliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Təltif və mükafatları:

  • “Cəbrayılın azad olunmasına görə” medalı (24.12.2020)
  • “Füzulinin azad olunmasına görə” medalı (25.12.2020)
  • “Xocavəndin azad olunmasına görə” medalı (24.06.2021)
  • “Kəlbəcərin azad olunmasına görə” medalı (24.06.2021)
  • “Şücaətə görə” medalı (24.12.2020)
  • Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı
  • “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı.
Keçidlər