Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Beynəlxalq Ailə Günü qeyd edilmişdir

15 may 2024 | 18:55

15 may 2024-cü il tarixdə Beynəlxalq Ailə Günü münasibətilə rayonda keçirilən sil-silə tədbirlərin davamı olaraq Heydər Əliyev Mərkəzində rayon rəhbərliyi, YAP fəalları, şəhid və qazi ailələri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə toplantı keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini, İctimaİ-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova bildirmişdir ki, 15 may – Beynəlxalq Ailə Günü dünya ölkələrinin diqqətini ailələrin çoxsaylı problemlərinə yönəltmək məqsədilə təsis olunub və 30 ildir bu gün qeyd edilir. Cəmiyyətin əsas institutlarından biri, həmçinin insanın sosiallaşması prosesində ilk pillə olan ailə ətraf dünya ilə birlikdə dəyişir və inkişaf edir. Eyni zamanda, ailə özü də cəmiyyətin formalaşmasında mühüm rol oynayır.  Vurğulamışdır ki, Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərliyi dövrlərində ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, ailələrin sosial problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görmüş, ailə münasibətlərini tənzimləyən zəngin hüquqi baza yaratmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında ailə cəmiyyətin özəyi kimi təsbit edilmiş və dövlətin xüsusi himayəsində olduğu qeyd olunmuşdur. Bununla dövlət ailənin müdafiəsinə, onun sosial quruluşunun və nüfuzunun qorunmasına təminat vermişdir. 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsi ailə münasibətlərinin tənzimlənməsini özündə əks etdirən əsas hüquqi sənəddir. Bildirmişdir ki, görkəmli dövlət xadiminin ailə siyasəti Azərbaycanda bu gün də onun layiqli davamçısı cənab prezident tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir, milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu təsdiqini tapır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafına xüsusi təsir göstərir. Respublikamızda Ailə Gününün qeyd olunması da bu sahədə dövlət siyasətinin əyani təcəssümüdür.

 Respublikamızda ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin də əyani təcəssümüdür. Ailənin əsas sütunlarından biri olan Azərbaycan qadını bu gün özü də ölkəmizdə əmin-amanlığın qorunması, ailə dəyərlərinin yaşadılması naminə əzmkarlıq göstərir. Azərbaycan Respublikasının birinci vitse prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban Əliyevann təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında böyük dayaqdır. Onun uşaqlara xüsusi qayğısı, ailələrin problemlərinə diqqəti həmin genişmiqyaslı, çoxsaylı tədbirlərdə özünü göstərir.

Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədilə rayonumuzda da dövlət ailə siyasəti uğurla həyata keçirilməkdədir. Aztəminatlı ailələr, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin mənzillə təminatı diqqətdə saxlanılır, onların sosial müdafiəsi gücləndirilir.

        Tədbirdə çıxış edənlər ailə dəyərlərindən, milli adət-ənənələrdən, sağlam ailə təməlinin qurulması və qorunub saxlanılmasının sirrlərindən danışmış, qarşılıqlı hörmət və məhəbbət sayəsində qurulan ailələrin daha uzunömürlü və  xoşbəxt olmasından bəhs etmişlər.

          

Keçidlər