Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Bilalov Sərxan İsmət oğlu

21 sentyabr 2026 | 09:05
Sabahın xeyir, #Qax!
Bilalov Sərxan İsmət oğlu 1989-cu il 31 may tarixində Qax şəhərində anadan olub. 1995-ci ildə Qax şəhər 4 saylı məktəbin 1-ci sinifinə gedib, 2006-ci ildə isə həmin məktəbdən məzun olub. 2007- ci il 2 iyul tarixində həqiqi hərbi xitmətə çağırılıb. 2008-ci il 31-dekabrda hərbi xidməti başa vurub. Daha sonra 2010-cu ilin sentyabrında gizirlik kursuna daxil olub kursu bitirdikdən sonra 2011-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə xidmətə başlayıb.
44- günlük Vətən müharibəsində Suqovşan – Tərtər istiqamətində döyüşlərdə iştirak edib. Xidmət etdiyi müddət ərzində “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)", “Suqovşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
2023-cü il 19 sentyabrda keçirilən lokal Antiterror əməliyyatında qəhrəmancasına şəhid olub. Qax şəhər “Şəhidlər Xiyabanı”nda dəfn olunub. Ölümündən sonra “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib. Ailəli olub, 2 övladı yadigar qalıb.
Keçidlər