Böyük Alatəmir kəndinin sakinləri ilə RİH başçısının səyyar görüşü keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Alatəmir kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlər kəndaxili yolların və məktəbin dam örtüyünün təmir olunmasına, məktəbdə içməli su probleminin həll edilməsinə, vətəndaşlara məxsus bağ sahələrinin sənədləşdirilməsinə, fındıq bağının ətrafında olan drenaj kanalının texnika ilə təmizlənməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir .