Bu il Qaxda 500 hektar sahədə tütün əkini planlaşdırılır
Məlum olduğu kimi ölkəmizdə ixracyönümlü və ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində tütünçülüyün inkişafı son illərdə diqqət mərkəzində saxlanılan sahələrdəndir. Rayonumuz bu baxımdan böyük potensiala malikdir Bu sahənin inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” Sərəncamı böyük əhəmiyyət kəsb edir. Sərəncam ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini yüksəltmək və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq məqsədi daşıyır.
Qax rayonun təsərrüfatlarında 2026-cı il mövsüm üçün tütün əkininə hazırlıq işləri davam etdirilir. Bu məqsədlə Azərtütün ASC-nin Qax Tütün İstehsalı və Emalı məntqəsi tərəfindən 300 hektar sahəni təmin edəcək məntəqənin nəzdində olan müasir tipli istixanalarda 5400 kvadratmetr, ayrı-ayrı fermerlər tərəfindən isə sadə istixanalarda 3500 kvadratmetr sahədə tütün şitili yetişdirilib. Müəssisədə mövsümə hazırlıq işləri başa çatdırılmış, 60 ədəd quruducu kamera işlək vəziyyətə gətirilmişdir. Həmçinin rayonda fəaliyyət göstərən “TES Agro” MMC- tərəfindən müssisədə quraşdırılmış 27 ədəd tütünqurutma kameralarının hamısı işlək vəziyyətə gətirilmiş, hazırda əkin sahələrinə tütün şitillərinin köçürülməsi ilə bağlı hazırlıq işləri davam etdirilir.
Həmin istixana təsərrüfatlarında yetişdirilən tütün şitillərinin aprel ayının üçüncü ongünlüyündə sahələrə köçürülməsi nəzərdə tutulur.






