Bünyadlı Rəvan Asif oğlu
03 avqust 2026 | 18:07
Sabahın xeyir, #Qax!
Bünyadlı Rəvan Asif oğlu 5 avqust 2001-ci ildə Qax rayonunun Almalı kəndində anadan olub. 2018-ci ildə Almalı kənd tam orta məktəbini bitirib və təhsilini Qax Peşə Liseyində davam etdirib. 2020-ci ilin yanvarında həqiqi hərbi xidmətə çağrılıb. Vətən müharibəsində Tərtər rayonunun Borsunlu kəndi istiqamətində gedən döyüşlərdə 27 sentyabr 2020-ci il tarixdə Mübariz İbrahimov postunda qəhramancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-cı il tarixli sərəncamı ilə “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Laçının azad olunmasına görə", 5 noyabr 2021-ci il tarixli sərəncamı ilə "Suqovşanın azad olunmasına görə" medalları və 25 iyun 2026-cı il tarixli sərəncamı ilə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 13 oktyabr 2020-ci ildə Qax rayonunun Almalı kəndində dəfn olunub. Allah şəhidlərimizə rəhmət eləsin.






