Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Cəlayir kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir

22 yanvar 2025 | 16:22

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Cəlayir kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kəndin daxilində olan suvarma kanalının texnika vasitəsi ilə təmizlənməsinə, küçəyə axan məişət sularının qarşısının alınmasına, məcburi köçkünlərin yaşadığı əraziyə gedən yolun təmir olunmasına, elektrik təchizatının yaxşılaşdırılmasına, məktəbin həyətyanı kənarlarının bağlanmasına, kənddə aptekin açılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur. 

Qəbulda qaldırılan məsələlər nəzarətə götürülərək, onların  həlli ilə bağlı rayonda fəaliyyət göstərən xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər