Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Çinarlı kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir.

13 iyul 2022 | 12:34

    Çinarlı  kəndində 8 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.          

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər dinlənilmişdir. Müraciətlər kəndə   qaz xətti çəklişinin tezləşdirilməsinə, qəzalı elektrik dirəklərinin dəyişdirilməsinə, kənddaxili yolların təmir olunmasına, Qum  və Çinarlı kəndi arasında salınmış körpünün ətrafının sel sularından mühafizə olunması üçün bəndin salınmasına, vətəndaşın həyətində yerləşən qoz ağacının budanmasına yüksəkgərginlikli elektrik xətti maneçilik törətdiyi üçün budamaya müvafiq şəraitin yaradılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

       Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş,  qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti  qurumlara müvafiq tapşırıq və tövsiyələr verilmişdir. 

 

Keçidlər