Cüdo zalı fəaliyyətə başlayıb
19 may 2025 | 10:50
Mayın 16-da Qax şəhər stadionunun ərazisində cüdo zalı fəaliyyətə başlayıb. Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.
Cüdo zalı ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə və digər zəruri avadanlıqlarla təchiz edilib. Zalın fiziki hazırlıq zonasında isə cüdoçuların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları yer alıb. Tataminin ümumi ölçüsü 200 kv.m sahəni əhatə edir. Bundan başqa, məşqçi və paltardəyişmə otaqları da mövcuddur.