Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Çudulu kəndinin sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir.

10 iyun 2022 | 09:30

     Çudulu kəndində 7 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.          

     Rayonun  hüquq-mühafizə  orqanlarının və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər dinlənilmişdir. Müraciətlər kəndin qazlaşdırılmasına, kənd küçələrinin  işıqlandırılmasına, kənd ümumi orta məktəbinin  və uşaq bağçasının  həyətinə içməli su xəttinin çəkilməsinə, yeni yaşayış massivində elektrik enerjisi təchizatının yaxşılaşdırılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

      Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı  qurumlara tapşırıq və tövsiyələr verilmişdir.

Keçidlər