Dəymədağlı kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Dəymədağlı kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlər kənd ərazisindən keçən Qaraçay çayının məcrasının təmizlənməsinə, kənddəki qəzalı elektrik dirəklərinin dəyişdirilməsinə, Almalı ilə Dəymədağlı kəndlərini birləşdirən yolun təmir olunmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda qaldırılan məsələlər nəzarətə götürülərək, onların həlli ilə bağlı rayonda fəaliyyət göstərən xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir.